Nizami-elmşünas. Əhmədağa Əhmədov. |
| Nəşriyyat: Naməlum, Bakı, 1992. Səhifə: 274. |
| Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika |
Azərbaycan ən qədim zamanlardan dünya mədəniyyətinin inkişafında özünə məxsus izlər buraxmışdır. Bu torpaq böyük alimlər, şairlər, siyasət və dövlət xadimləri, sənətkarlar, xalq qəhrəmanları yetişdirmişdir. Onların adları tarixin səhifələrində dərc olunmuş, yadigar qoyduqları əsərlər isə dynya kitabxanalarını, muzeylərini bəziyir. Belə tarixi şəxsiyyətlər arasında Nizami Gəncəvi xüsusi yer tutur. O, bir şair adı ilə məşhur olubsa da,əslində ona "alim-şair", bəlkə də "şair-alim" demək daha dürüst olardı. Çünki o, öz dövrünün bütün elmlərinə vaqif olmaqla, hər bir elmi mətləbi şer dilində verir.
Onun şerlərində beş ədəbiyyat elminin, yəni məani, bəyan, bədi, əruz, qafiyə elmlərinin ən incə cəhətləri işlənməyən beytə rast gəlmək olmaz. Nizami əruzun vəznlərinə kamil dərəcədə riayət edən bir şair olub. Hər bir beyti qurarkən onun məqsədi nəzərdə tutduğu mətləbi verməkdən əlavə həm də beytə bəlağət elmləri libasını geyindirib, onu ziynətləndirib. Beləliklə Nizaminin elmi sözləri şerlə, şerləri isə elmlə qarışaraq gözəlliyini artırmış olur. Nizaminin əsərlərində təbiətşünaslıq, riyaziyyat, həndəsə, astronomiya, kosmologiya, fəlsəfə, ilahiyyat, tibb, əxlaq, musiqi və digər elmlərə aid məlumata rast gəlirik.
Bütün bunlar göstərir ki, Nizami öz dövrünün bütün elmlərinə kamil dərəcədə bələd olub.
Əhmədağa Əhmədov kitaba yazdığı müqəddimədə Nizami əsərlərinin tərcümələrində yol verilmiş səhvlərin səbəbini belə izah edir: "Nizaminin elm dəryasından araşdırdığı məsələləri təbiət elmləri sahəsində çalışan mütəxəssislər daha yaxşı dərk edərlər. Təəssüf ki, onlar da ədəbiyyat və şeir aləminə biganədirlər, belə məsələlərlə maraqlanmırlar. Maraqlansalar da, Nizami əsərlərinin tərcüməsini oxuyacaqlar; mütərcimlər isə bu elmlərdən xəbərsiz olduqları üçün Nizaminin elmi məsələlərini dərk etməyib, böyük təhriflərə yol verərək, şairin qoyduğu elmi mətləbi tərcümə mətnində oxucuya çatdırmırlar". Ə.Əhmədov konkret nümunələrlə sübut edir ki, tərcüməçi Nizami şeirinin üslubunu, ruhunu, ahəngini saxlamağa cəhd etmiş və demək olar ki, buna həmişə müvəffəq olmuşdur: "Böyük şair bəzən elə kinayələr işlədir ki, onları tərcümədə vermək mütərcimdən böyük hünər tələb edir. Qeyd edək ki, mütərcim nadir hallarda Nizaminin işlətdiyi tərkib və bədii ifadələri saxlaya bilməmişdir".



Əsərin özünü hardan tapmaq olar?
Aprel 1, 2008 17:15